“Bompani” unikal və təkrarolunmaz qastronomiya sərgüzəştləri olan 

Postrivoro nun təşəbbüslərini dəstəkləyir. “Bu astral bir birləşmədir: yer, şef, dequstator, dizayner və nağılın digər qəhramanları birlikdə olduqda bu baş verir” – Lucia Maini “Converso”da belə yazır.

“Postrivoro” tədbirləri restoran və ya balaca restoran kimi yerlərdə deyil, xüsusi yerlərdə keçirilir, italyan vəbeynəlxalq ərzaq – şərab mədəniyyətinin gənc istedadları tərəfindən idarə olunur. Bu tədbirlər hər zaman “Faenza” minillik monastırı kimi eksklüziv mühitlərdə təşkil olunur və eyni süfrədə yemək yeyən insanlar öz rəy, fikirlərini bölüşmək üçün, eyni zamanda öz daxili aləmlərinə (ruhlarına) dinclik vermək üçün dəvət olunurlar.

“Bompani dərhal bu bayramların azad və yaradıcı ruhunu sevdi. Ən çox oxunan və təhrikedici mövzular yaratmaqda sərbəst buraxılan aşpazlar, düşünülən və düşündürən kombinasiyalar irəli sürən dequstatorlar, ürək və göz oxşayan masa və mühit… Amma həqiqətən də “Postrivoro”da olmağa dəyən (buna əsas verən) şey yeməklərin,kombinasiyaların və yerin kəşfini yaşamaq imkanı, eyni zamanda böyük bir masa ətrafında yeni kəşflər tapmaq üçünbir araya gələn insanlardır” – “Bompani”nin baş icraçı direktoru, “Postrivoro” tədbirlərində ilk iştirak edənlərdən olan Enrico Vento belə deyir.

Həmçinin Cinzia Benzinin məqaləsini oxuyun.