Bakı Media Mərkəzinin hazırladığı COVİD-19 virusunun ağır nəticələrə səbəb olduğu İtaliyaya dəstək video-çarxı İtaliyada böyük maraqla qarşılanıb.

İtaliyanın dövlət və ictimai təşkilatları, o cümlədən Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, çoxsaylı tanınmış siyasi simalar, kütləvi informasiya vasitələri, sadə vətəndaşlar Bakı Media Mərkəzinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Azərbaycanın İtaliyadakı Səfirliyinin sosial media səhifələrində yaydıqları müvafiq video-çarxı paylaşaraq, öz şərhləri ilə Azərbaycanın İtaliya xalqı ilə bu çətin günlərdə həmrəyliyinə görə təşəkkür edir və bu diqqəti yüksək qiymətləndirirlər.

İtaliyanın nüfuzlu “Askanews” xəbər agentliyi bu video-çarx ilə bağlı xüsusi reportaj yayıb. Yazıda deyilir:

“Bakı ilə Roma arasında dostluq diplomatiya və iqtisadiyyatdan da uzaqlara gedir. Azərbaycan və İtaliya koronavirusa qarşı mübarizədə də birlikdədirlər və bir-birinə yaxındırlar. Bakı Media Mərkəzinin hazırladığı İtaliya xalqı ilə yaxınlığı və həmrəyliyi nümayiş etdirən video-çarxın da verdiyi ismarış budur. Bu video-çarx İtaliyaya Azərbaycanın hədiyyəsidir. İtaliyanın və Azərbaycanın bayraqlarının dalğalandığı günəşlər şəhəri Bakıda tenor Fərid Əliyev piano və skripkanın müşayiəti ilə Cakomo Puççininin “Turandot” operasından “Nessun Dorma” ariyasını ifa edir. İtaliyanın bayrağı, “Milan”, “Yuventus”, “Roma” kimi məşhur futbol klublarının köynəkləri və Puççininin ariyası kimi İtaliyaya aid simvolların göstərildiyi video-çarxın sonunda “Günəş doğanda qalib gələcəyəm” kimi ümid çağırışı və Bakıdan İtaliyaya “İtaliya, güclü ol, Azərbaycan sizinlədir” ismarışı göndərilir”.

İtaliyanın çoxsaylı nüfuzlu kütləvi informasiya vasitələri, o cümlədən “İl Sole 24 Ore“, “İl Tempo“, “Libero Quotidiano“, “Notizie Tiscali“, “Quotidiano“, “Virgilio“, “Today.it“, “Corriere dell’Umbria“, “Corriere di Siena”, “Corriere di Arezzo“, “Corriere di Viterbo”, “Corriere di Rieti” və sairləri də “Askanews” xəbər agentliyinin bu reportajını yayıblar.

Tanınmış “Agenzia Nova” xəbərlər agentliyi və “Notizie Geoplitiche” analitik-informasiya saytının isə bu video-çarx ilə bağlı dərc olunmuş məlumatlarında deyilir:

“Azərbaycan həftələrdir ki, ağır sanitar fövqəladə vəziyyətə cəsarətlə sinə gələn İtaliya xalqına Bakı Media Mərkəzinin hazırladığı video-çarx ilə həmrəylik və yaxınlıq nümayiş etdirir. Video-çarx ilə bağlı Azərbaycanın İtaliyadakı Səfirliyinin yaydığı məlumatda bildirilir ki, bu video-çarx Azərbaycan və İtaliyanın strateji tərəfdaşlıqla yanaşı, bir-birinə səmimi dostluq telləri ilə bağlandığını nümayiş etdirir və kadrlarda iki ölkənin bayraqlarının birlikdə dalğalanması da bunun simvolik sübutudur”.

İmola Oggi” qəzetinin “Azərbaycandan İtaliya xalqına təsirli həmrəylik videosu” başlıqlı məlumatında da bu video-çarx ilə Azərbaycanın İtaliya xalqına koronavirus epidemiyası ilə bağlı yaranmış çətin vəziyyətdə həmrəylik nümayiş etdirdiyi, “Nessun Dorma” ifa olunan, İtaliyanın məşhur futbol klublarının azarkeşləri olan könüllülərin iştirakı ilə Bakı Media Mərkəzinin hazırladığı bu təsirli videonun sonunda italyanca “Güclü ol, İtaliya, Azərbaycan sizinlədir!”, “Evdə qalın!”, “Hər şey yaxşı olacaq!” kəlmələrinin yazıldığı bildirilir.

Dərc olunmuş bütün məlumatlarda Bakı Media Mərkəzinin hazırladığı video-çarx yerləşdirilib.

Video-çarx ilə bağlı Bakı Media Mərkəzinin məlumatında bildirilir ki, bu videoçarxda pandemiya ilə ciddi mübarizə aparan Azərbaycanın və Azərbaycan vətəndaşlarının, dost İtaliya xalqına dəstəyi ifadə olunur. İzləyicilərə, skripka ustaları Rövşən Əmrahov, Nəzrin Aslanlı, pianoçu Səidə Tağızadə və tenor Fərid Əliyevin ifasında italyanların sevilən musiqi əsərlərindən biri – Cakomo Puççininin “Turandot” operasından “Nessun Dorma” ariyası təqdim olunur. İtaliyanın məşhur futbol klublarının azərbaycanlı azarkeşlərinin də könüllü iştirakı və müşayiəti ilə hazırlanan videonun sonunda italyan dilində “İtaliya, güclü ol, Azərbaycan sizinlədir!”, “Evdə qalın!”, “Hər şey yaxşı olacaq!” müraciətləri qeyd olunur. Məlumat üçün bildirək ki, video-çarx Azərbaycanda “COVID-19” virusunun geniş yayılması təhlükəsinə qarşı mübarizə çərçivəsində elan olunan karantindən əvvəl çəkilib.

http://www.askanews.it/video/2020/04/01/coronavirus-azerbaigian-a-fianco-dellitalia-allalba-vincer%c3%b2-20200401_video_10392932/
https://stream24.ilsole24ore.com/video/mondo/coronavirus-azerbaigian-fianco-italia-alba-vincero/ADag3PH
https://video.virgilio.it/guarda-video/coronavirus-azerbaigian-a-fianco-dellitalia-allalba-vincero_bc6146239708001
https://www.quotidiano.net/esteri/video/coronavirus-azerbaigian-a-fianco-dell-italia-all-alba-vincer%C3%B2-1.5090103
https://notizie.tiscali.it/esteri/articoli/coronavirus-azerbaigian-fianco-italia-all-alba-vincera/
http://www.today.it/video/coronavirus-azerbaigian-a-fianco-dell_italia-all_alba-vincero-66r8k.askanews.html
https://www.liberoquotidiano.it/video/tv-news/21691566/coronavirus_azerbaigian_a_fianco_dell_italia_all_alba_vincero_.html
https://tv.iltempo.it/tv-news/2020/04/01/video/coronavirus-azerbaigian-a-fianco-dell-italia-all-alba-vincero-1306531/
https://corrieredellumbria.corr.it/video/tv-news/1551634/coronavirus-azerbaigian-a-fianco-dell-italia-all-alba-vincero.html
https://corrierediarezzo.corr.it/video/tv-news/1551636/coronavirus-azerbaigian-a-fianco-dell-italia-all-alba-vincero.html
https://corrieredirieti.corr.it/video/tv-news/1551637/coronavirus-azerbaigian-a-fianco-dell-italia-all-alba-vincero.html
https://corrieredisiena.corr.it/video/tv-news/1551635/coronavirus-azerbaigian-a-fianco-dell-italia-all-alba-vincero.html
https://corrierediviterbo.corr.it/video/tv-news/1551638/coronavirus-azerbaigian-a-fianco-dell-italia-all-alba-vincero.html
https://www.agenzianova.com/a/5e8381f21783a7.04228815/2875894/2020-03-31/coronavirus-l-azerbaigian-esprime-vicinanza-all-italia-con-il-nessun-dorma-al-baku-media-center

Bizim avadanlıqlarımız təbii ki TV ulduzlarıdır, “SKY 412” kanalında çərşənbə axşamı saat 21:30-da “Ana evdə olmayanda” tok-şousunda Ettore Bassi öz 3 qızı ilə ana evdə olmayanda “Bompani” avadanlıqları ilə nahar, axşam yeməyi və həmçinin qəlyanaltı üçün yeyiləcək bir şeylər hazırlayır. “Bompani” Hollandiyaya məxsus Trullo daşlarından tikilmiş evlərə uyğun istehsal edilmiş avadanlıqlar ilə təbii ki, bu çətin tapşırığın öhdəsindən gəlməyə kömək edəcək!


Modena şəhəri sosial kanallar, turistlər və qonaqlar vasitəsilə bəlkə də “Expo-2015” sərgisi vasitəsilə  bizim şəhərimizə ziyarəti təqdim edən brenddir.

“People make Modena” 2 dəqiqədən az bir müddətdə öz tipik məhsulları, abidələri və onu bugünkü şəhər edən insanları ilə əks etdirən 120 şəkil vasitəsilə təqdim olunan bələdiyyənin rabitə komandasının sonuncu yaradılışdır. 

“Bompani”nin mərkəzi yarandığı gündən bəri 60 ildir ki, Modenadadır, tanınır və burada öz dəyərlərini əldə etmişdir. Beləliklə, sizi bu videoya baxmağa dəvət edirik. Belə ki, bu videoda “Bompani”yə aid  də nələrsə görə bilərsiniz.


“Bompani” unikal və təkrarolunmaz qastronomiya sərgüzəştləri olan 

Postrivoro nun təşəbbüslərini dəstəkləyir. “Bu astral bir birləşmədir: yer, şef, dequstator, dizayner və nağılın digər qəhramanları birlikdə olduqda bu baş verir” – Lucia Maini “Converso”da belə yazır.

“Postrivoro” tədbirləri restoran və ya balaca restoran kimi yerlərdə deyil, xüsusi yerlərdə keçirilir, italyan vəbeynəlxalq ərzaq – şərab mədəniyyətinin gənc istedadları tərəfindən idarə olunur. Bu tədbirlər hər zaman “Faenza” minillik monastırı kimi eksklüziv mühitlərdə təşkil olunur və eyni süfrədə yemək yeyən insanlar öz rəy, fikirlərini bölüşmək üçün, eyni zamanda öz daxili aləmlərinə (ruhlarına) dinclik vermək üçün dəvət olunurlar

“Bompani dərhal bu bayramların azad və yaradıcı ruhunu sevdi. Ən çox oxunan və təhrikedici mövzular yaratmaqda sərbəst buraxılan aşpazlar, düşünülən və düşündürən kombinasiyalar irəli sürən dequstatorlar, ürək və göz oxşayan masa və mühit… Amma həqiqətən də “Postrivoro”da olmağa dəyən (buna əsas verən) şey yeməklərin,kombinasiyaların və yerin kəşfini yaşamaq imkanı, eyni zamanda böyük bir masa ətrafında yeni kəşflər tapmaq üçünbir araya gələn insanlardır” – “Bompani”nin baş icraçı direktoru, “Postrivoro” tədbirlərində ilk iştirak edənlərdən olan Enrico Vento belə deyir.

Həmçinin Cinzia Benzinin məqaləsini oxuyun.

No comments yet


Əksər insanların sevdiyi modenalı aşpaz Massimo Bottura İstanbulda bütün milli mətbəxi, xüsusilə də Emilia vilayətinin mətbəxini özündə birləşdirən yeni “Italy” restoranını açır. Çünki Emilia vilayəti onun gördüyü işlərin əsas mərkəzidir. O, italyan mətbəxinin müqəddəs kulinariya kitabı olan “Artusi”ni təfsir edərək ölkənin ümumi və eyni zamanda fərqli şəklini vermək istəmişdir. Restoran Bosforun Avropa hissəsində

yerləşir və hər bir halda orada yalnızitalyan, əsasən də Modena şirkət və işçiləri işləmişdir. Daxili dizayn modenalı Catia Baccolini tərəfindən hazırlanmışdır. Təqdim  olunan rəsm əsərləri Modenanın Mazzoli” qalereyasından olan rəssam Carlo Benvenutoya məxsusdur.

Emilia, Modena, böyük mətbəx, dizayn, mədəniyyət, bir sözlə: “Bompani”nin birlikdə görməyi sevdiyi bütün sözlər. Afərin Massimo! Ətraflı məlumat üçün bu keçidi sıxın. 24 iyun 2014-cü il